Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olunub

11:37 | 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olunub

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olunub

Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

"Unikal”ın məlumatına görə, Hərbi Hava Qüvvələrinə yeni komandan general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib.

Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

Onu da qeyd edək ki, 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Namiq İslamzadəyə "Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM