Hərbi hospitala silahlı basqın

11:50 | 03.08.2015
Hərbi hospitala silahlı basqın

Hərbi hospitala silahlı basqın

Türkiyədə növbəti terror aktı törədilib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Bitlisin Tatvanrayonunda hərbi hospitala basqın olub. 

Xəstəxana iriçaplı silahlardan atəşə tutulub. Nəticədə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma başlayıb. 

Bitlis valiliyindən verilən açıqlamaya görə, hadisə ötən gecə saat 22.30 radələrində baş vrib. Hospital bir iş mərkəzinin damından atəşə tutulub. 

İlkin məlumata görə, atışma nəticəsində itki olmayıb. Ancaq xəstəxananın həyətindəki növbətçi məntəqəsinə ziyan dəyib. 

Terrorçulah hadisə yerindən qaça biliblər. Onların yaxalanması üçün əməliyyat başlayıb. 

Xatırladaq ki, son bir ayda Türkiyədə terror aktlarının sayı artıb. Hadisələr Surucda baş verən terror aktından sonra daha da çoxalıb. 
PKK silahlılarının hücumu nəticəsində 10-dan artıq şəhid verilib, yollar kəsilib, onlarla maşın yandırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM