ANN.Az xəbər verir ki, Şinhuangdao şəhərinin Beydayhi bölgəsində yerləşən hospitalın qadın bölməsində baş verən cinayət nəticəsində 6 tibb bacısı və 1 nəfər mühafizəçi ölüb, 1 nəfər tibb bacısı yaralanıb.Hospitala bıçaqla hücum edən isə 27 yaçlı Li soyadlı Çin vətəndaşıdır. Onun nə səbəbdən hospitagla hücum etdiyi açıqlanmır. Şübhəli şəxs qismində polis onu saxlayıb.Bu hospital Çinin paytaxtı pekindən 300 kilometr uzaqlıqda yerləşir və hərbi yetkililərin, eləcə də yüksək hərbi şəxslərin tez-tez bura tibbi xidmət üçün müraciət etdiyi deyilir.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !