Hadisə zamanı kazarmada 337 nəfərin olduğu bildirilir. Onlardan 38-u dağıntılar altında qalıb
Rusiyanın Omsk şəhərində hərbi kazarmanın uçması nəticəsində on nəfər ölüb.
"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti dağıntılar altında qalıb və xəstəxanaya çatdırılmadan dünyasını dəyişib. 19 hərbçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə zamanı kazarmada ümumilikdə 337 nəfərin olduğu bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !