Hərbi poliqonumuzun ərazisi partlamamış sursatlardan təmizlənəcək

02:08 | 26.01.2014
Hərbi poliqonumuzun ərazisi partlamamış sursatlardan təmizlənəcək

Hərbi poliqonumuzun ərazisi partlamamış sursatlardan təmizlənəcək

Seyfəli hərbi poliqonunun mina və partlamamış hərbi sursatlardan təmizlənməsi planlaşdırılır.

Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov məlumat verib.

 

N. İsmayılovun sözlərinə görə, Azərbaycan Ordusunun ən böyük təlim poliqonlarından olan Seyfəlidə SSRİ dövründən atılıb qalmış və partlamamış çox sayda müxtəlif çaplı döyüş sursatları, aviabombalar mövcuddur:

 

«Poliqonun Samux rayonu ərazisinə düşən hissəsində apardığımız tədqiqatlar zamanı orada çox sayda təhlükəli hərbi sursatlar aşkarlandı. Biz bununla bağlı dəstək üçün NATO-ya müraciət etmişik. Onlar bu layihəyə çox maraqla baxsalar da, hələ ki, bir fikir ifadə olunmayıb. Bütün hallarda biz həmin layihəni hökumətə təqdim edəcəyik».

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM