Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) xaricdə yaşayan azərbaycanlılara müraciət ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, Dövlət Komitəsi soydaşlarımıza müraciətdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin məlumatına əsasən aşağıda qeyd edilənlərin nəzərə alınmasını tövsiyə edib:
Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.
Anonim profillərlə edilmiş bu qəbil müraciətlərə, sosial şəbəkə yazışmaları və messengerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi , əlaqə telefonu (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları
(https://www.facebook.com/DTXAzerbaijan https://www.instagram.com/azerbaijandtx https://twitter.com/DTX_Azerbaijan WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !