İndoneziya ordusuna aid təyyarə Sumarta adasındakı hotel və evlərin üzərinə düşüb. Hadisə zamanı 30 nəfərin öldüyü deyilir.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İndoneziyanın 3-cü ən böyük şəhərlərindən olan Medandan havaya qalxan Hercules C-130 tipli hərbi təyyarədə 12 nəfərin olduğu bildirilir.
Hazırda axtarış-xilasetmə işləri davam edir. Səlahiyyətli şəxslərdən biri "Reuters"ə açıqlamasında ölənlərin sayının artacağı ehtimalını səsləndirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !