Bağdadın yaşayış məhəlləsinə təsadüfən atılmış bomba nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər həyatını itirib, bir neçə ev məhv olub.
BBC-nin İrqadakı nümayəndəsinin sözlərinə görə, Rusiya istehsalı olan hücum təyyarəsi "İslam Dövlətinin" mövqelərini bombalamaqdan geri dönərkən bu hadisə baş verib. Texniki nasazlıq nəticəsində bombaların biri asqıdan qopub.
Pilot daha əvvəl təhlükəli yükdən azad olmaq üçün 6 dəfə cəhd göstərsə də alınmayıb. Yaşayış ərazisindən keçərkən gözlənilmədən bomba açılıb.
İraq aviasiyası "İslam Dövləti" yaraqlıları ilə döyüşmək üçün şimal və qərbdə İraq ərazisinin böyük hissəsinə nəzarət edən quru qoşunlarına kömək edir. /BBC Azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !