"Dağlıq Qarabağda hərbi vəziyyətin gərginləşməsi helikopterin ekipajı üzvlərinin cəsədlərini qaytarmağa kömək etməyəcək. Biz təfələri dialoqa və diplomatiyaya çağırırıq".
ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə öz Twitter səgifəsində ATƏT-in Minsk qrupunun (MQ) amerikalı həmsədri Ceyms Uorlik yazıb. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məlumatına əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib.
Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. ATƏT-in MQ həmsədrləri bu günlərdəki bəyanatlarında tərəfləri helikopterin qalıqlarına yaxınlaşa bilmək üçün onun düşdüyü yerin bilavasitə yaxınlığında atəşkəsi qorumağa çağırıblar.
ANN.Az