• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Hərbi xidmətə çağırılanların yekun müayinəsi e-növbəlilik qaydasında aparılır

Hərbi xidmətə çağırılanların yekun müayinəsi e-növbəlilik qaydasında aparılır
12.12.2024 19:00
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilir.

Bildirilib ki, prosesin elektron infrastruktur üzərindən həyata keçirilməsi təmin edilir ki, bu da müayinələrin çevikliyini və şəffaflığını şərtləndirir:
 
"Belə ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin "Tibbi şəhadətləndirmə” altsisteminə müvafiq göndəriş daxil edilir. Göndəriş əsasən çağırışçılar üçün avtomatik təyin edilən e-növbəliliyi qaydasında onlar Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirilir. Müayinələr aşağıdakı 4 kateqoriya üzrə yekun tibbi müayinələrə cəlb edilirlər:
Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında ("B” kateqoriyası);
Həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında ("Ç” kateqoriyası);
Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında ("C” kateqoriyası);
Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında ("D” kateqoriyası);
Müayinənin yekun qərarı da e-sistemə daxil edilir və həmin qərar barədə çağırışçıya elektron qaydada məlumat göndərilir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamçatkada 5,6 bal gücündə zəlzələ baş verib
Cəmiyyət 23:59
Kamçatkada 5,6 bal gücündə zəlzələ baş verib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:30
Sabah bu ərazilərdə qaz olmayacaq
Məhkəmə sədrinin oğlu özünü və arvadını öldürüb
Cəmiyyət 22:48
Məhkəmə sədrinin oğlu özünü və arvadını öldürüb
Ermənistan qaz idxalında Azərbaycan marşrutunu nəzərdən keçirir
Cəmiyyət 21:53
Ermənistan qaz idxalında Azərbaycan marşrutunu nəzərdən keçirir
Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı
Cəmiyyət 19:07
Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı
Vilayət Eyvazov Qəbələdə qəbul keçirəcək
Cəmiyyət 18:35
Vilayət Eyvazov Qəbələdə qəbul keçirəcək
"Tiktok" canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs edilib
Cəmiyyət 18:23
"Tiktok" canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs edilib

Azərbaycanda elektron siqaret qadağası təsdiqlənib
Cəmiyyət 17:15
Azərbaycanda elektron siqaret qadağası təsdiqlənib

Sosial şəbəkələrdə bunu edənlər inzibatihəbs olunacaq
Cəmiyyət 17:11
Sosial şəbəkələrdə bunu edənlər inzibatihəbs olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol