Hərbçilərə ev verildi

22:39 | 15.11.2013
Hərbçilərə ev verildi

Hərbçilərə ev verildi

Müdafiə Nazirliyi hərbi qulluqçulara ev verdi. 

ANN.Az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 25 nəfər hərbi qulluqçuya yeni verilmiş mənzillərin sənədləri təqdim olunub.

Təqdimetmə mərasimində çıxış edən müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov zabitlərə və onların ailə üzvlərinə müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini çatdırıb. Hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam etdiyini bildirib. 

Ötən müddət ərzində prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən 300-ə yaxın hərbi qulluqçu daimi, 400-dən çox hərbi qulluqçu isə xidməti mənzillə təmin olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb