Hərbçilərimiz NATO kursu keçəcəklər

17:02 | 22.03.2014
Hərbçilərimiz NATO kursu keçəcəklər

Hərbçilərimiz NATO kursu keçəcəklər

Kurs martın 24-dən 28-dək Almaniyanın Oberammerqau şəhərində keçiriləcək.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, martın 24-dən 27-dək Doha şəhərində (Qətər) “DİMDEX-14” sərgisi, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcək.Eyni zamanda Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən martın 25-dən 28-dək Kaunas şəhərində (Litva) “Döyüş şəraitində yaralıların müalicəsi” kursu keçiriləcək.Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM