Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən “N” saylı hərbi hissəsinin giziri Qamət Əliheydər oğlu Nəsirov qazıntı işləri apararkən mina partlayıb. Nəticədə ağır xəsarət alan hərbçi hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !