Hərəkat qurultaya hazırlaşır - FOTO

08:29 | 23.12.2013
Hərəkat qurultaya hazırlaşır - FOTO

Hərəkat qurultaya hazırlaşır - FOTO

Yeni Nəfəs Hərəkatının yenidən formalaşması istiqamətində işlər davam edir. 

ANN.Az-a verilən məlumata görə, ötən gün aparıcı gənclərin iştirakı ilə növbəti silsilə görüşlərdən biri keçirilib. Görüşdə təşkilati komitənin rəhbəri Seymur Həsənli hərəkatın məqsəd və məramı haqqında geniş məruzə edib. Formalaşmaqda olan təşkilati komitənin 17 nəfərdən ibarət olduğunu və onun 14-nün artıq dəqiqləşdiyini diqqətə çatdırıb. O, həmçinin təşkilati komitənin əsas vəzifəsi kimi yanvar ayında hərəkatın qurultayının keçirilməsi olduğunu vurğulayıb. Görüşdə bildirilib ki, qurultaya qədər həyata keçiriləcək fəaliyyətlər təşkilati komitə adından olacaq. 

S.Həsənli onu da bildirib ki, artıq hərəkat Türkiyə, Şimali Kipr, Qazaxıstan və Macarıstanın siyasi dairələrindən rəsmi dəvət alıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM