Hərflərin taleyinizdə oynadığı SİRR

17:01 | 14.12.2013
Hərflərin taleyinizdə oynadığı SİRR

Hərflərin taleyinizdə oynadığı SİRR

Bu hərflər bizi xarakterizə edir İnsanlara qoyulan adlar onların həyatına təsir edir. Hətta psixoloqlar iddia edir ki, təkcə ad deyil, baş hərfin də xüsusi rolu var. Adlar növünə görə insana ömür boyu təsir edir. Bu siyahıya hətta sahib olduğunuz şirkət, maqazin, gözəllik salonları və başqa müəssələrin də adı aiddir. Aparılan araşdırmalardan bəlli olub ki, adlar insanın sağlamlıq, iş, karyera və eşq macəralarına da təsir edir. Hansı adlar insanlara bədbəxtlik gətirir? Psixoloq Elmir Əkbərin fikrincə, ad seçimində diqqətli olmaq mütləqdir. Onun sözlərinə görə, uğursuz ada sahib olan insanlar çox az nailiyyət qazanır. Buna səbəb isə onların adlarından utandıqları üçün ictimai yerlərdən uzaq düşməsidir:“Bizdə vətəndaşlar bu mövzulara diqqətli yanaşmırlar. Bəzən uşaqlara elə adlar seçirlər ki, həmin adlar onların gələcək həyatlarında problemlər yaradır. Hətta bəzən həmin uşaqlar 18 yaşına çatar-çatmaz adlarını dəyişirlər”. Ulu babasının adını qoyanlar da var… “Bəzən valideynlər övladlarına köhnə adlar, ya da babaları, nənələrinin adını qoyurlar, bunu da hörmət əlaməti hesab edirlər. Amma unutmaq lazım deyil ki, uğursuz, hədsiz köhnə ada sahib olan uşaqlar gələcəkdə çox nadir hallarda uğur qazana bilirlər”. Psixoloğun sözlərinə görə, adətən “A” hərfi ilə başlayan adlar insanlara daha xoş təsir bağışlayır. Bunun əsas səbəbi onun əlifbanın ilk hərfi olması, ana, ata kimi müqəddəs sözlərin “A” hərfi ilə başlamasıdır. Qeyd edək ki, adınız 60%, göbək adınız 10 %, soyadınız isə həyatınıza 30% təsir edir. Psixoloqların fikrincə, insana adı ilə müraciət edilən zaman hərflərin sıralanmasına görə bədənə siqnal ötürülür. Adda “A” hərfi çoxluq təşkil etdikdə, qanda surətlənmə daha çox olur. Hansı hərflə başlayan adlar uğurlu olur? Mütəxxəssislərin fikrincə, “S” hərfi ilə başlayan adların sahibləri mühəndis, “N” ilə başlayanlar yazar, “M” ilə başlayanlar  iqtisadçı, “C” ilə gözəl sənətçi və “P” ilə başlayan adlara sahib olan insanlar isə bütün işlərdə uğurlu ola bilirlər. Adlarda nəyə diqqət etmək lazımdır? Almaniyalı alimlərin apardığı araşdırmaya görə, ad seçərkən bunlara diqqət etmək lazımdır.“A” hərfi 2-dən artıq olmamalıdır.“B” hərfi ilə başlayan adların sahiblərində hisslər güclü olur. “C”-nin adda olması şərt deyil. “D” hərfi olan insanlarda xüsusi xarizma olur. “E” mənfi aura gətirdiyindən olmasa, daha yaxşıdır. Əgər varsa birdən artıq olmamalıdır.“F” sakit ruhu ifadə edir. Adda olması isə mənfi, ya da müsbət təsirə malik deyil.G, H, I, İ, J, K, L, M, Ö, R, S, Ş, T - hərflərindən isə bacardıqca istifadə etməmək lazımdır. Qeyd edək ki, hərflər adlarda işlənməsinə görə iki cür olur. Sizə hərflərin bölgü sistemini təqdim edirik:Pozitiv hərflər: A,B,C,D, F, K, L, M, N, P, S, Ş, U, V, Z  Neqativ hərflər: E, G, H, Ö, O, Ü, YANN.Az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM