Hesablama Palatası növbəti kollegiya iclası keçirib.
Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.
Kollegiya iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında Hesabat” müzakirə olunub. 2014-cü il üçün İş planına əsasən həyata keçirilən nəzarət tədbirlərinin və cari fəaliyyətin, o cümlədən sona çatmış Strateji İnkişaf Planının və beynəlxalq layihənin nəticələri barədə məlumat verilib, müəyyən edilən funksiyaların icra vəziyyəti müzakirə olunub.
Müzakirələrin sonunda "Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında Hesabat” təsdiq edilib və Hesabatın Azərbaycan Respublikası Milli Məclisində müzakirə üçün təqdim olunması qərara alınıb.
Kollegiyada, həmçinin, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələr üzrə Hesabat və Rəy, eyni zamanda Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlil üzrə Analitik arayış müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiyada həmçinin dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Lənkəran şəhər İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair, Azərpoçt” MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair nəzarət tədbirləri üzrə proqramlar da təsdiq olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !