Həsən Ruhani Bakıya gəlir

11:39 | 12.11.2014
Həsən Ruhani Bakıya gəlir

Həsən Ruhani Bakıya gəlir

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün günorta saatlarında Bakıda olacaq.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Həsən Ruhani saat 16:00-da paytaxta çatacaq. Səfər çərçivəsində İran prezidentinin bir sıra rəsmi görüşlər keçirəcəyi nəzərdə tutulub.Həsən Ruhaninin Azərbaycan prezidenti İlham Əliyev ilə təkbətək görüşü planlaşdırılır. Bununla yanaşı Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında bir sıra sahələri əhatə edən sənədlər imzalanacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM