"Bir zamanlar rüşvəti masanın altından ötürərdilər, indi masanın üzərində verirlər".
Publika.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani Tehranda, anti-korrupsiya tədbirində çıxışı zamanı deyib.
"Korrupsiyanın davam etməsi, dərinləşməsi və böyüməsi İslam İnqilabına təhlükə yaradır",- Ruhani əlavə edib.
O, silah istehsalından tutmuş mediaya qədər hər sahəni əhatə edən monopoliyanı tənqid edib və bunu korrupsiyanın əsas səbəbi adlandırıb.
"Rəqabəti olmayan və ya idarəetməsi monopollaşdırılan hər şey qüsurludur", - Prezident əlvaə edib.
Qeyd edək ki. Həsən Ruhaninin hakimiyyətə gəldiyi bir il ərzində bir neçə yüksək profilli korrupsiya işinin üstü açılıb. May ayında milyarder biznesmen Mahafərid Əmir Xosrəvi rüşvət, çirkli pulların yuyulması, yeyinti və saxtakarlıqda təqsirli bilinərək edam olunub. Məhkəmə bu qalmaqalın İranda 14 dövlət və özəl banka 2.6 milyard dollara başa gəldiyini aşkarlayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !