Bakı şəhər polis idarəsi rəisinin müavini, general Həsən Şirinov prezident kortejinin rəhbərliyinə bərpa olunub.Bu barədə məlumat virtualaz.org saytına özəl mənbələrdən daxil olub. Redaksiya məlumatı dəqiqləşdirib və məlum olub ki, Həsən Şirinov yenə prezident kortejini müşaiyət edir. Xatırladaq ki, H.Şirinov prezidentin kortejinin marşrutun səhv seçilməsi üzündən tıxacda ilişməsindən sonra bu vəzifəsindən kənarlaşdırılmışdı. İnsident prezident İlham Əliyevin Eduard Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı mesajı vermək üçün Gürcüstanın Bakıdakı səfirliyinə gedişi zamanı baş vermişdi.
Həmişə olduğu kimi həmin hərəkət zamanı da prezidentin kortejinin önündə H.Şirinovun rəhbərliyi ilə DYP heyəti gedib. Lakin H.Şirinovun sürücüsü xətaya yol verib və yolu səhv salaraq prezidentin kortejinin qısa müddət ərzində tıxacda ilişməsinə səbəb olub.Bu insidentdən sonra sürücü DYP orqanlarından xaric olunub, H.Şirinov isə prezident kortejini müşaiyət etməkdən kənarlaşdırılıb.Prezident kortejini müşaiyət etmək Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərova həvalə edilib. Lakin H.Şirinovun yenidən vəzifəsinə bərpa edilməsi göstərir ki, sözügedən insidentə baxmayaraq yol polisinin bu təcrübəli əməkdaşına ən mühüm və məsuliyyətli dövlət işinə bərpa etməyi qərara alıblar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !