• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

“Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin açılış mərasimi keçirilib

“Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin açılış mərasimi keçirilib
08.07.2024 21:27
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı, "Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) və "ProDemos - Xalq üçün"ün birgə təşkilatçılığı ilə həyata keçirilən "Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin  açılış mərasimi keçirilib.

ADA Universitetində keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin layihələr üzrə meneceri Ülkər Suleymanova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Baş katibi Bayram Orucov, ELSA Azərbaycanın prezidenti Nərminə Hüseynzadə və "ProDemos-Xalq üçün”ün rəhbəri Səbinə Zülfiyeva çıxış ediblər.


"Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin əsas məqsədi hüquq tələbələri və gənc hüquqşünasların nəzəri biliklərinin praktikada tətbiqinə şərait yaratmaq, o cümlədən dairəsi qanunverciliklə müəyyən edilmiş həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsindən ibarətdir. 
Layihə çərçivəsində iştirakçılara Vəkillər Kollegiyası üzvlərinin təqdimatında 1 aylıq təlimlər keçiriləcək və imtahandan uğurla keçmiş iştirakçılar 2 ay müddətində həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsində iştirak edəcəklər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 40 dərəcə isti olacaq
Cəmiyyət 12:13
Sabah 40 dərəcə isti olacaq
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb
Cəmiyyət 12:05
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb
Jurnalistlərin azadlıqda olmalarını arzu edirəm -"APA" rəhbəri ilə MÜSAHİBƏ/Video
Cəmiyyət 12:00
Jurnalistlərin azadlıqda olmalarını arzu edirəm -"APA" rəhbəri ilə MÜSAHİBƏ/Video
Prezident 3 qəzetin fəaliyyəti ilə bağlı fərman imzalayıb
Cəmiyyət 11:36
Prezident 3 qəzetin fəaliyyəti ilə bağlı fərman imzalayıb
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul gələn həftədən başlayır
Cəmiyyət 11:34
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul gələn həftədən başlayır
Ağdamda insan qalıqlarına bənzər sümük fraqmentləri aşkar edilib
Cəmiyyət 10:45
Ağdamda insan qalıqlarına bənzər sümük fraqmentləri aşkar edilib
Tarakanlar evdə niyə yaranır?
Cəmiyyət 07:46
Tarakanlar evdə niyə yaranır?
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:25
Sabah bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 23:09
Şəmkirdə yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol