Dünyadakı 18,5 milyon proqram tərtibatçısının təxminən 7,5 milyonu üçün proqramlaşdırma əsas iş hesab edilmir. Bu barədə “IDC” analitik şirkətinin məlumatında deyilir. Həvəskar proqramçıların sayı peşəkar proqramçılarla müqayisədə daha sürətlə artır və gələcəkdə onların sayının daha sürətlə artacağı gözlənilir. "İctnews.az" yazır ki, analitiklər tərəfindən proqram tərtibatı ilə ayda ən azı 10 saat məşğul olanlar digər işdən qazanc əldə etmələrinə baxmayaraq həvəskar hesab edilir. Onlardan bəziləri proqramlaşdırma ilə sevimli məşğuliyyət kimi məşğul olur, digərləri əlavələrin satışından qazanc götürməyə çalışır və ya açıq kodlu layihələrdə iştirak edir, öz əsas işinin avtomatlaşdırılması üçün proqramlar yazır.Analitiklər qeyd edirlər ki, internet vasitəsilə biznes həyata keçirən İT şirkətlər və digər təşkilatlar bu insanları diqqətdən kənarda qoymamalıdır. Həvəskar proqramçılar bəzən yeni texnologiyalardan daha yaxşı xəbərdar olurlar və onlar arasında daimi iş üçün namizədlər tapmaq mümkündür. Texnologiya sektoru inkişaf edən ölkələrdə həvəskarların proqram tərtibatçıları arasında payı onların əksəriyyətinin zaman keçdikcə peşəkar tərtibatçıların sırasını doldurması səbəbindən azlıq təşkil edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !