Həyat tərzi siyasi vasitə kimi - KÖŞƏ

18:11 | 19.02.2014
Həyat tərzi siyasi vasitə kimi - KÖŞƏ

Həyat tərzi siyasi vasitə kimi - KÖŞƏ

Hələ tələbə ikən "Mister Hemferin xatirələri" kitabı ilə tanış olanda məndə Orta Doğuda, ümumiyyətlə, müsəlman dünyasında nələrin baş verdiyi haqqında müəyyən təsəvvürlər formalaşmağa başladı. Təbii ki, bir kitabla deyil, müxtəlif sayda araşdırmalar, analizlər həmin kitabda yazılanların nə qədər ciddi olduğunu çox sonralar mənə mənzərəni daha da aydın göstərdi. Məlumatı olmayanlar üçün qısa deyim ki, Mister Hemfer bir ingilis casusu olaraq bir çox ölkələrdə (İraq, Türkiyə və s.) fəaliyyət göstərib. Bu adamın işi regionun şəraiti nəzərə alınmaqla etnik və məzhəb münaqişə ocaqlarının səviyyəsi ilə bağlı raporlar hazırlayaraq bağlı olduğu mərkəzə göndərməkdən ibarət olub. Mövzunu uzatmadan, bu gün müsəlman dünyasında baş verən təlatümlər nə qədər imperialist qüvvələrlə bağlanmağa çalışılsa da, bir çox səbəblər məhz müsəlmanların cahilliyindən, savadsızlığından doğur. Ərəb dünyasında baş verənlərin Türk Dünyasına tətbiq edilməsi yolunda böyük planlar qurulur və həmin planlar üzrə kifayət qədər pullar xərclənir. Dünən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin çıxışını dinlədim və bir prezidentin öz ölkəsi üçün nə qədər ciddi mesaj verdiyinin fərqinə vardım. Həmin çıxış mətnini oxucularla bölüşmək qərarına gəldim.“Biz islamı rəsmi din olaraq qəbul edir və bundan qürur duyuruq. Amma müsəlmançılığımızı vasitə edərək bir yerlərə yetişmək bizlik deyil. Digər müsəlman dövlətlərinə və islam dinində olan soydaşlarımıza sayqımız sonsuzdur. Amma biz ərəb deyilik. Biz türkük və ərəblər kimi qızlarımızı dini-mənəvi basqılarla qapadıb, bunu müsəlman dövləti göstəricisi olaraq istifadə etmərik. Onları hicaba bürüyərək evə həbs etmək bizim yolumuz deyil. Təkrarlayıram, hər kəsə sayqımız sonsuzdur, fəqət geyim insanların öz ixtiyarındadır. Biz qazaxıq, köçəri həyat tərzi keçirərkən at üstündə qadın-kişi bilmədən yürüdü xalqımız. Qadınlarımız kişilərin yanında və arxasında deyil, hətta önündə yürüdü. İslamöncəsi qadınlarımız necə istəyirdi, elə də geyinirdi və toplumu rahatsız etmək kimi heç bir məqsədləri olmamışdı. Bu gün də bu məsələnin xalqımız üçün problem olması mümkün deyil. Müsəlman və sünni olmamız insanların həyatlarına qarışmağa səbəb ola bilməz”.Bu gün insanların həyat tərzini siyasətə alət edərək ictimailəşdirmək və ondan müəyyən siyasi məqsədlər naminə istifadə etmək günün əsas müzakirə mövzusudur. Çünki din insanın ən həssas tərəfi olduğundan ondan istifadə imkanı daha asandır. Azərbaycan türkləri olaraq mövcud məsələni biz də diqqətdən kənarda qoymalı deyilik.Seymur HəsənliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb