SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun modernizasiyası yekunlaşdırıldıqdan sonra müəssisənin benzin istehsalı 1,3 mln. tondan 2,2 mln. tona, dizel istehsalı 2,2 mln. tondan 2,7 mln. tona, aviasiya kerosini istehsalı isə 600-700 min tondan 1 mln. tona qədər çatdırılacaq.
"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, zavodda istehsal ediləcək yanacağın əsas hissəsi ölkədaxili tələbatın ödənilməsinə yönələcək: "Zavodda istehsal ediləcək bezinin 25%-i, dizelin isə 40%-i ixraca yönəldiləcək. Ancaq bu nəticəyə nail olmaq üçün zavodda 14 yeni qurğu quraşdırılmalıdır. Zavodun ümumilikdə 70-85%-i yeniləcək. Bundan başqa, zavodda bitum qurğusunun inşası uğurla davam etdirilir və gələn il istifadəyə veriləcək. Ümumilikdə isə 2021-ci ilə qədər zavodda bütün modernləşdirmə işləri yekunlaşdırılmalıdır və bütün qurğular işə salınacaq. Neft Emalı Zavodunun modernləşdirilməsi işləri birbaşa olaraq dövlət hesabına aparılır və vəsait Dövlət Neft Fondundan ayrılacaq".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !