• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub

Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub
19.05.2023 19:14
Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin aktual məsələləri müzakirə olunub.

Heydər Əliyev Beynəlxalq Aeroportundan  verilən məlumata görə, Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyasının 4-cü iclasında "Azərbaycan Hava Yolları" QSC-nin, Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.

İştirakçılar aviasiya təhlükəsizliyinin təmin edilməsinin mövcud vəziyyətini və onun gələcək inkişaf strategiyasını qiymətləndiriblər.

Aviasiya təhlükəsizliyi sahəsində yeni texnologiya və metodların tətbiqinə nəzər salınıb, hava limanının sərnişin və yük terminallarında təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib, həmçinin həyata keçirilən tədbirlərin təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb.

İclasın nəticəsi olaraq gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas istiqamətləri müəyyən edilib və onun təmin edilməsi üzrə tədbirlər görülüb.

İdarələrarası Komissiya mütəmadi olaraq Azərbaycanda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görüşlər keçirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol