Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib.Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dekabrın 27-də qeydə alınıb. Bakı-İstanbul reysinin sərnişini, Türkiyə vətəndaşı Güneren Bahri İsmayıl oğlu qəfildən dünyasını dəyişib. Ölümün səbəblərini müəyyən etməkdən ötrü ekspertiza təyin edilib. Faktla bağlı araşdırma aparılır. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !