Heydər Əliyev Beynəlxalq Aeroportunda silahlı şəxs saxlanıldı

12:59 | 14.05.2015
Heydər Əliyev Beynəlxalq Aeroportunda silahlı şəxs saxlanıldı

Heydər Əliyev Beynəlxalq Aeroportunda silahlı şəxs saxlanıldı

Saxlanılan şəxsin üzərindən "Makarov” tipli tapança və döyüş patronları götürülüb

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda silahlı şəxs saxlanılıb.

Bu barədə "APA-Economics”ə "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli bildirib.

M. Səfərlinin sözlərinə görə, səhər saat 04:30-da Ukrayna Beynəlxalq Hava Yollarının təyyarəsinə minik başlayarkən Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları Bakıdan Kiyevə uçan Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Vaqif Saleh oğlunun üzərindən tabel silahı olan "Makarov” tipli tapança aşkar edib. Saxlanılan şəxsin üzərindən tapança ilə yanaşı, 1 ədəd daraq və 6 ədəd döyüş patronun aşkar edilərək götürülüb.

1977-ci il təvəllüdlü V. İsmayılov Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM