Anews.az News24.az-a istinadla xəbər verir ki, Heydər lıiyev prospektində - ASK Arena stadionunun qarşısında "Toyota Prado” markalı, 99 AG 835 nömrə nişanlı avtomobilin sürücüsü qadağan edilmiş yerdə zolağı dəyişmək istəyib.
Bu məqsədlə o ayırıcı zolağın üstünə çıxıb. Lakin ayırıcı sədd hündür olduğundan maşının təkərləri yerdən üzülüb və sürtünmə azaldığından avtomobilin sürücüsü çıxılmaz vəziyyətdə qalıb. Hərəkəti davam etdirə bilməyən sürücü digər hərəkət iştirakçılarından kömək istəyib.
Hadisənin videosunu təqdim edirik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !