Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
"APA-Economics” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
M.Ağayevin sözlərinə görə, sıxlığa yol-nəqliyyat hadisəsi səbəb olub.
"Heydər Əliyev prospektində 4 nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə hər iki istiqamətində sıxlıq yaranıb”, - deyə qurum rəsmisi vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !