Heydər Əliyev prospektində nəzərdə tutulan təmir işləri sürətlə davam etdirilir.Prospektin Böyükşor qovşağından Heydər Əliyev Mərkizinin qarşısına qədər olan 5,3km hissəsində işlərin tez bir zamanda başa çatdırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin çoxlu sayda işçi qüvvəsi və texnikası əraziyə cəlb olunub.
ANN.Az "Azəryolservis"ə istinadən xəbər verir ki, təmirin aparılmasında əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə Heydər Əliyev prospektinin görkəmini dəyişməkdi. Prospektin əsaslı yenidənqurmadan sonra 2008-ci ildə istismara verilməsini, eyni zamanda ay ərzində həmin ərazidən 1 milyondan artıq nəqliyyat vasitəsinin hərəkət etməsini nəzərə alsaq asfalt-beton örtüyünün üst qatının dəyişdirilməsinə böyük ehtiyac var idi.
Nəqliyyat Nazirliyi Azəryolservis ASC-dən verilən məlumata görə təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidənqurulması,yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi,yerüstü piyada keçidinin rekanstuksiyası və s. işlər həyata keçirilir. Artıq Bağırov körpüsünə qədər olan hissədə asfalt-beton işləri yekunlaşıb.
Axşam saatlarınadək Heydər Əliyev Mərkəzinin qarşına qədər olan hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinin başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Paralel olaraq asfalt-beton işləri qurtaran hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması, işıq dirəklərinin rənglənməsi və digər işlər davam etdirilir. Tezliklə görülən işlər nəticəsində prospekt tam yeni və müasir görkəmdə olacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !