Heydər Əliyevin adına şəhər salınacaq - AÇIQLAMA

10:50 | 05.12.2014
Heydər Əliyevin adına şəhər salınacaq - AÇIQLAMA

Heydər Əliyevin adına şəhər salınacaq - AÇIQLAMA

"Gələcəkdə ölkəmizdə iki iri şəhər kompleksi layihəsi nəzərdə tutulub. Onlardan biri Ələtdə, digəri isə indiki Şabran rayonu ilə Siyəzən rayonu arasında olacaq. Bu  layihələr reallaşdırılsa, onlara Ulu öndər Heydər Əliyevin adı veriləcək".

Bunu aktual.az-a YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu gün ən iri layihələrin Ulu öndərin adı ilə bağlı olması təsadüfü deyil: "Avropa İttifaqının ən iri layihəsi olan Bakı-Tiblisi-Ceyhan boru kəmərinə də ulu öndərin adı verilib. Bununla yanaşı, dəfələrlə belə bir fikir səslənib ki, böyük bir şəhər yaradılsın və ona Heydər Əliyevin adı verilsin. Naxçıvan Muxtar Respublikasında bir sərhəd bölgələrindən gələn qaçınların üçün tikilmiş qəsəbəyə Heydər Əliyevin adı (Heydərabad) verilib. Gələcəkdə də Azərbaycanın hansısa bir iri yaşayış mərkəzinə, yeni salınacaq şəhərə mütləq Ulu öndərin adı verilməlidir. O cümlədən, Azərbaycanın ən uğurlu, aparıcı kompleksləri Heydər Əliyevin adını daşımalıdır".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM