Heydər Əliyevin Saşasının nəşi Bakıya gətirilir

11:44 | 22.12.2017
Heydər Əliyevin Saşasının nəşi Bakıya gətirilir

Heydər Əliyevin Saşasının nəşi Bakıya gətirilir

Aleksandr İvanov anadan olduğu şəhərdə dəfn ediləcək

Dünyasını dəyişən "İnterfaks-Azərbaycan"ın rəhbəri Bakıda dəfn ediləcək. Bu barədə İstiPress-ə onun həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, Aleksandr İvanovun nəşinin bu gün Azərbaycana gətirilməsi planlaşdırlır. Vida mərasimi isə sabah baş tutumalıdır. Lakin hələlik  agentliyin baş direktorunun harada dəfn ediləcəyi dəqiqləşməyib. 

Bütün ailəsinin Moskvada yaşamasına baxmayaraq görünür A.İvanovun anadan olub, böyüdüyü şəhərdə son mənzilə yola salınması öz vəsiyyəti olub.

Xatırladaq ki, Aleksandr Alekseyeviç İvanov ötən gün səhər saatlarında Moskvada qəfil vəfat edib. Onun ölümünə səbəb beyin qansızması olub. 

A.İvanov 1950-ci il iyulun 12-də Bakıda anadan olub. O, uzun müddət SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışıb. Ümumilli lider Heydər Əliyevin şəxsi mühafizəsinə başçılıq edib.

2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan" İA-nın baş direktoru təyin edilmişdi. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti