Heydər məscidində Arif Məlikovun yas mərasimi keçiriləcək

21:37 | 10.05.2019
Heydər məscidində Arif Məlikovun yas mərasimi keçiriləcək

Heydər məscidində Arif Məlikovun yas mərasimi keçiriləcək

Heydər məscidində xalq artisti Arif Məlikovun yas mərasimi keçiriləcək.
 
Mərasim mayın 11-də saat 18:00-dan sonra başlayacaq. 


Mərasimin saat 18:00-da başlaması Ramazan ayı (Orucluqla) ilə bağlıdır. A.Məlikovun vəfatı ilə əlaqədar iftar veriləcək.


Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub. O, 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə "İstiqlal", 2013-cü ildə "Heydər Əliyev" ordeni, 2018-ci ildə isə "Şöhrət" orden ilə təltif olunub. O, 1965-ci ildə Əməkdar incəsənət xadimi, 1978-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 


Xalq artisti mayın 9-da 86 yaşında vəfat edib. (Report.az)


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM