• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır
04.10.2024 19:39
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.
 
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
 
Qüvvədə olan qanuna görə, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
 
Layihəyə əsasən. heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
Cəmiyyət 14:15
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
Əhmədlidəki sürüşmə hadisəsindən sonra yamacda yeni çatlar aşkarlanıb
Cəmiyyət 13:40
Əhmədlidəki sürüşmə hadisəsindən sonra yamacda yeni çatlar aşkarlanıb
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
Cəmiyyət 13:16
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
“Megastore” mağazında satılan “batonçik” konfetindən qurd çıxdığı iddia olunur
Cəmiyyət 12:52
“Megastore” mağazında satılan “batonçik” konfetindən qurd çıxdığı iddia olunur
Azərbaycanda avtomobil istehsalı azalıb - DSK
Cəmiyyət 12:29
Azərbaycanda avtomobil istehsalı azalıb - DSK
Sabah Bakıda yağış yağacaq
Cəmiyyət 12:15
Sabah Bakıda yağış yağacaq
Ölkədə tütün istehsalı azalıb
Cəmiyyət 12:13
Ölkədə tütün istehsalı azalıb
Gələn ildən Qarabağ Universitetində STEAM ixtisası tədris olunacaq
Cəmiyyət 12:01
Gələn ildən Qarabağ Universitetində STEAM ixtisası tədris olunacaq
Cari ildə övladlığa uşaq götürən subay şəxslərin sayı açıqlanıb
Cəmiyyət 11:59
Cari ildə övladlığa uşaq götürən subay şəxslərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol