HHQ-nin MiQ-25 döyüş təyyarələri modernləşdiriləcək

21:33 | 04.02.2014
HHQ-nin MiQ-25 döyüş təyyarələri modernləşdiriləcək

HHQ-nin MiQ-25 döyüş təyyarələri modernləşdiriləcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında yer alan MiQ-25 (NATO kod adı “Foxbat”) döyüş təyyarələri modernləşdiriləcək.Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, hazırda istifadəsi dayandırılmış döyüş təyyarələrinin modernləşdirilməsi proqramı Azərbaycan Aviasiya Təmiri zavodunda reallaşdırılacaq. Mütəxəssislərin sözlərinə görə, MiQ-25 təyyarələrinin üzərində istənilən dərin modernləşdirmə işləri aparmaq imkanları var. Təyyarənin daxili və xarici konstruksiyası buna imkan verir. Qeyd edək ki, Azərbaycan Aviasiya Təmiri Zavodu indiyədək MiQ-25 təyyarələrinin modernləşdirilməsi istiqamətində bir sıra layihələr reallaşdırıb. Zavodun sonuncu layihəsi Əlcəzair HHQ-nin MiQ-25 təyyarələrinin modernləşdirilməsi olub. Qeyd edək ki, beynəlxalq mərkəzlərin məlumatına görə, hazırda Azərbaycan HHQ-nin inventarında 10 ədəd MiQ-25, 6 ədəd MiQ-25PD və 4 ədəd MiQ-25RB modifiasiyası yer alır. BMT hesabatlarına görə, Azərbaycan sonuncu dəfə 1998-ci ildə Qazaxıstandan 8 ədəd MiQ-25 təyyarəsi alıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb