Azərbaycanın 2 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
73 kq-da çıxış edən Hidayət Heydərov ardıcıl olaraq, ABŞ təmsilçisi Cek Yonezuka, polşalı Viktor Mrovçinski, tacikistanlı Behruzi Xocazoda və kubalı Maqdiel Estradanı məğlub edərək həlledici görüşdə iştirak hüququ qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Laşa Şavdatuaşvili ilə üz-üzə gələcək.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Estrada olacaq.
81 kq-da isə Səid Mollayi adını finala yazdırıb. Yığmada debüt edən cənubi azərbaycanlı cüdoçu əvvəlcə yunanıstanlı Atanasios Melonelisi mübarizədən kənarlaşdırıb. 1/8 finalda israilli Sagi Mukidən, növbəti raundda isə qırğızıstanlı Azad Musabirovdan güclü olan Mollayi finala gedən yolda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzario Tatalaşviliyə qalib gəlib. 30 yaşlı cüdoçu finalda braziliyalı Gilyerme Şmidtlə münasibətlərinə aydınlıq gətirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !