Ermənistan Praqa və Soçi sənədləri ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müsahibəsində bildirib.
"Ermənistanın 30 illik işğalına, etnik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən az sonra sonra xoş niyyət nümayiş etdirərək ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh gündəliyini irəli sürmüşdür. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar bir-birindən tamamilə ayrı iki xəttdir", - Hikmət Hacıyev vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !