Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İran səfiri öz Tvitter hesabında yayımlayıb.
H.Hacıyev də onun postunu paylaşaraq, görüşdən məmnunluğunu qeyd edib:
"Bizi ziyarət etdiyiniz üçün təşəkkürlər. Gündəliyimizdəki məsələlər üzrə səmərəli müzakirələr apardıq və həll yollarını nəzərdən keçirdik”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !