Hikmət Hacıyev: "Bu onların iddia etdiyi dəyərlərə ziddir"

22:17 | 17.04.2015
Hikmət Hacıyev:

Hikmət Hacıyev: "Bu onların iddia etdiyi dəyərlərə ziddir"

Bu cür davranış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına qarşı hörmətsizlikdir

"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünü pərdələmək məqsədilə Ermənistan tərəfindən yaradılıb və ona əsasız şəkildə "öz müqəddəratını təyin etmə” donu geyindirilir”.
 
APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistan mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "partiyası”nın Belçikada qeydiyyatda olan Avropa Azad Alyansına üzv olması barəsində məlumatı şərh edərkən bildirib.
 
Onun sözlərinə görə, öz müqəddəratını təyin etmə prinsipi işğal, təcavüz və qanlı etnik təmizləmə əsasında ifadə edilə bilməz: "Ermənistanın işğal və təcavüz nəticəsində bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb, onlar fundamental hüquq və azadlıqlardan məhrum olublar. II Dünya müharibəsindən sonra Avropanın ən dəhşətli humanitar fəlakətlərindən biri törədilib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni və dini irs vəhşicəsinə talana və məhvə məruz qoyulub. İnsan hüquqları və fundamental azadlıqlara sadiqliyini ifadə edən Avropa Azad Alyansının işğal və təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış bu qondarma rejimlə hər hansı bir əlaqəsi onun iddia etdiyi dəyərlərə ziddir və elə Avropa Azad Alyansının adına ləkədir”.
 
Hikmət Hacıyev qeyd edib ki, İnsan hüquqları və fundamental azadlıqlardan danışıldığı halda, Avropa Azad Alyansının bu cür davranışı bu bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına qarşı hörmətsizlikdir.
 
"İşğal olunmuş ərazilər silah, narkotik maddələr, insan və orqan alveri və terrorçuların hazırlanması üçün münbit ərazidir.  Avropa Azad Alyansı ilk növbədə iddia etdiyi dəyərlərə sadiqliyini nümayiş etdirərək, bu qondarma rejimlə hər hansı bir əlaqədən çəkinməlidir”, deyə XİN rəsmisi bildirib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti