Hillari Klinton prezidentlik yarışından uzaqlaşdırıla bilər

18:10 | 24.08.2015
Hillari Klinton prezidentlik yarışından uzaqlaşdırıla bilər

Hillari Klinton prezidentlik yarışından uzaqlaşdırıla bilər

Partiyaşadaşları Hillary Clinton-un şəxsi email hesabı ilə bağlı qalmaqalına görə hazırkı vise-prezident Joe Bidenin namizədliyinin verilməsini istəyirlər.

Partiyaşadaşları ABŞ prezidentliyinə demokrat namizədlərin yarışına liderlik edən Hillary Clinton-un şəxsi email hesabı ilə bağlı qalmaqalına görə hazırkı vise-prezident Joe Bidenin namizədliyinin verilməsini istəyirlər.

California qubernatoru Jerry Brown bildirib ki, Hillary Clinton-un dövlət katibi olduğu vaxtlarda şəxsi elektron poçtundan istifadə etməsi ilə bağlı qalmaqal onun prezidentlik yarışındakı uğuruna ciddi əngəl yarada bilər.

Biden-in namizədlik yarışına qoşula biləcəyi barədə şayiələr vise-prezidentin senator Elizabeth Warren-lə görüşünün ardınca yayılıb. Xanım Warren liberal demokratlar arasında hakimiyyət vasitəçisi kimi tanınır.

Seçkidə həlledici rol oynayacaq liberal demokratlar arasında ciddi nüfuza malik Warren deyib ki, o, özü yarışa qatılmayacaq, lakin Clinton da daxil olmaqla heç kəsi rəsmən dəstəkləmir.

Bir sıra başqa nüfuzlu demokratlar da Biden-in namizədliyinə müsbət yanaşdıqlarını bəyan ediblər. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM