Hillari Klinton prezidentliyə namizəd olacağını elan etdi

10:12 | 13.04.2015
Hillari Klinton prezidentliyə namizəd olacağını elan etdi

Hillari Klinton prezidentliyə namizəd olacağını elan etdi

Keçmiş xarici işlər naziri Hillari Klinton 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkisində Demokratik partiyadn namizəd olacağını açıqlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə keçmiş nazirin şəxsi internet səhifəsində yerləşdirilmiş video-çarxda məlumat var.  Video-çarxda ABŞ-ın iqtisadi baxımdan çətinliklər yaşadığını önə çəkən H.Klinton bu durumdan çıxış yollarını təqdim edib: "Prezidentlik üçün namizədəm. Amerikalılar çətin günlərdən çıxmaq üçün çox mübarizə apardı, amma iqtidasi baxımdan çətinliklər hələ də davam edir. Amerikalıların axtardığı müdafiəçi olmaq istəyirəm".

Mesajında amerikn ailəsinə də üz tutan xanım Klinton onların daha güclü olmasını diləyib: "Əgər ailələr güclü olarsa, Amerika da güclü olar. Sizlərin bu oyunu qazanması üçün mən də mübarizəyə başlayacam. Ümid edirəm ki, mənə qatılacaqsınız".

Seçiləcəyi təqdirdə ABŞ-ın ilk qadın prezidenti olacaq H.Klinton 2008-ci il seçkisi öncəsi partiyasının prezidentliyı namizədi olmuş, amma Demokratik Partiyada namizədliyi Barak Obama qazanmışdı.

2016-cı il seçkiləri üçün H.Klintonun şansları yüksək dəyərləndirir.

Respublikaçılar Partiyası hələ iki namizəd üzərində dayanıb: Rand Paul və Ted Kruz.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti