Amerika prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinə toxunub.
Modern.az xəbər verir ki, NBC telekanalına müsahibəsi zamanı Klinton prezident seçilərsə, Rusiya ilə münasibətləri yenidən canlandıracağını deyib.
"Rusiya ilə münasibətlərin gələcəyi onların mənə verəcəyi cavabdan asılıdır. Mən dövlət katibi olarkən Rusiya ilə İranın nüvə proqramının məhdudlaşdırılmasına aid əməkdaşlıq aparmışdıq”.
Klinton Ptinlə münasibətlərinin hörmətə dayanan sərt münasibətlər kimi xarakterizə edib.
"Bütün xuliqanlar kimi, o da hər şeyi özünə götürməyə çalışır, siz onu dayandırmayana qədər”.
Bundan öncə, Hillari Klintonun ABŞ prezidenti olmuş həyat yoldaşı Bill Klintonun 2000-ci ildə Putin haqda xoş fikirlər səsləndirdiyi stenoqramı dərc olunmuşdu.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !