Hillari Klintonun məxfi yazışmaları dərc olunacaq

14:15 | 23.05.2015
Hillari Klintonun məxfi yazışmaları dərc olunacaq

Hillari Klintonun məxfi yazışmaları dərc olunacaq

Dövlət Departamenti sabiq dövlət katibi Hillari Klintonun vəzifədə olarkən apardığı elektron poçt yazışmalarının ilk hissəsinin dərc edəcək. 

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Departamentin nümayəndəsi Mari Xarf bildirib.

Onun sözlərinə görə, ilk olaraq 2012-ci ildə ABŞ-ın Liviyadakı səfərinin həlak olduğu Benqazidəki terrorla bağlı 296 məktub açıqlanacaq. 

Qeyd edək ki, 2016-cı il prezident seçkilərində ən potensial namizədlərdən olan Hillari Klinton dövlət katibi kimi yazışmaları şəxsi server vasitəsilə həyata keçirməkdə ittiham olunmuşdu. 

Qanuna görə, dövlət qulluqçusunun yazışmaları məxfi məlumatlar istisna olmaqla, ictimailəşə bilər. 

Bir sıra iddiaçılar məhkəməyə müraciət edərək həmin yazışmalara girişin təmin olunmasını tələb eləmişdilər. Dövlət Departamenti bəyan eləmişdi ki, buna yarım ildən çox vaxt lazım ola bilər. 

Vaşinqtondakı federal məhkəmə isə fevral ayında Departamentlə razılaşmayaraq, məktubları bacardıqca tez dərc eləmək haqda qərar çıxarmışdı. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM