• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Hindistan 2030-cu ilə qədər iqtisadi lider olmağı hədəfləyir

Hindistan 2030-cu ilə qədər iqtisadi lider olmağı hədəfləyir
25.09.2024 15:13
Analitiklər Hindistanda 2030-cu ilə qədər ÜDM artımında dünya lideri ola biləcəyini proqnozlaşdırırlar. Bu barədə RİA Novosti S&P Globala istinadla yazır. 


S&P Global hesab edir ki, Hindistan iqtisadiyyatı hər il 6,7% artaraq 2030-2031-ci illərdə 7 trilyon dollardan çox olacaq. Bu, ölkəyə dünya reytinqində ABŞ , Yaponiya və Aİ-ni qabaqlayaraq üçüncü yeri tutmağa imkan verəcək.


"Dayanıqlı iqtisadi artım Hindistanın kredit profili üçün müsbətdir. Biz inanırıq ki, bu, yaxın iki-üç il ərzində dəyişməyəcək”, – S&P Global ekspertləri bildirib.


Əsas artım amilləri ucuz və təhsilli işçi qüvvəsi, yüksək texnologiyalı xidmətlərin inkişafı və istehsalın Çindən transferi  olacaq. Hindistanda Kompozit PMI artıq 14 ilin ən yüksək səviyyəsinə çatıb.


İnvestisiya üçün ən perspektivli sahələr elektronika, əczaçılıq, günəş enerjisi və akkumulyator istehsalıdır. Dəniz ticarətinin artırılması üçün liman infrastrukturunun inkişafı mühüm rol oynayacaqdır.


"Hindistan artıq neftin ən böyük alıcılarından biridir, lakin Çindən fərqli olaraq, demək olar ki, hər şey yenidən ixrac olunur. Neft emalı zavodlarında dizel, mazut və s. kimi emal edilir və dərhal başqa ölkələrə göndərilir”, - Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov deyir. 

Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 22 nəfər FETÖ ilə əlaqəli saxlanılıb
Dünya 09:14
Türkiyədə 22 nəfər FETÖ ilə əlaqəli saxlanılıb
İsrail və Gürcüstanın XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Dünya 23:30
İsrail və Gürcüstanın XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Avstraliya COP31-i Türkiyə ilə birgə keçirməkdən imtina edib
Dünya 23:10
Avstraliya COP31-i Türkiyə ilə birgə keçirməkdən imtina edib
Konqoda nazirin təyyarəsi qəza enişi edərək yanıb
Dünya 22:44
Konqoda nazirin təyyarəsi qəza enişi edərək yanıb
Aİ Şurası üçüncü ölkələrlə vizasız rejimin dayandırılması qaydalarını sərtləşdirib
Dünya 22:11
Aİ Şurası üçüncü ölkələrlə vizasız rejimin dayandırılması qaydalarını sərtləşdirib
Qara qutunun nəticələri 2 aya bilinəcək -Yaşar Güler
Dünya 21:52
Qara qutunun nəticələri 2 aya bilinəcək -Yaşar Güler
Hindistan və Böyük Britaniya birgə antiterror təlimlərinə başlayıb
Dünya 21:36
Hindistan və Böyük Britaniya birgə antiterror təlimlərinə başlayıb
Türkiyəyə məxsus tanker Odessada dronla vurulub
Dünya 19:53
Türkiyəyə məxsus tanker Odessada dronla vurulub
Samvel Karapetyanın həbs müddəti uzadılıb
Dünya 18:44
Samvel Karapetyanın həbs müddəti uzadılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol