Hindistan Ermənistana 30 və 40 mm çaplı 150 min qumbara tədarük edəcək. Bu barədə "Caliber” məlumat yayıb.
Bildirilir ki, təchizatı "Munitions India Limited” (MIL) şirkəti həyata keçirəcək.
Bu şirkət artıq Ermənistana 5 milyon ədəd 7,62 mm-lik sursat tədarük edib.
Daha əvvəl Hindistan Ermənistana öz istehsalı olan 155 mm-lik "ATAGS” adlı haubitsa tədarük edəcəyini açıqlamışdı.
Bildirilib ki, bu, Hindistan tarixində belə artilleriya sistemlərinin ilk ixracıdır.
Məlumata görə, müqavilənin məbləği 150 milyon dollardır, əməliyyat üç il ərzində həyata keçiriləcək. "ATAGS” artilleriya qurğuları 48 km-lik hədəfi vura bilir.
Bu iki ölkə arasında ilk müdafiə sazişi deyil. Bundan əvvəl Hindistanın "Solar Group” şirkəti "Pinaka” reaktiv yaylım atəş sistemlərinin alınması ilə bağlı müqavilənin bağlandığını elan etmişdi.
Müqavilə çərçivəsində Sovet-Rusiya modeli olan tankəleyhinə "Konkurs” raketinin alınması haqqında da müzakirə aparılıb. Bundan əvvəl Hindistanın "The Economic Times” nəşri 260 milyon dollar dəyərində silahlardan bəhs edildiyini bildirmişdi. Bundan başqa, 80 mm-lik artilleriya qurğularının, boş mərmilərin və "Akaş” zenit-raket kompleksinin alınmasına dair müzakirə aparıldığı da qeyd olunub.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !