Hindistan İran neftindən imtina edir

18:03 | 14.09.2018
Hindistan İran neftindən imtina edir

Hindistan İran neftindən imtina edir

Hindistanın neft emalı zavodları yaxın iki ay ərzində İrandan aldıqları xam neftin həcmini iki dəfə azaldacaq ki, ABŞ-ın İran neftinin ixracı ilə bağlı sanksiyalarından azad olsun. 

Oxu.Az bununla bağlı "Reuters” agentliyinə istinadla xəbər verir. 

Məlumatlara görə, sentyabr ayı ərzində Hindistana idxal ediləcək neftin həcmi 12 milyon barelə kimi azaldılacaq. 

Xatırladaq ki, Vaşinqton noyabrda yeni sanksiyalar tətbiq etmək niyyətindədir. 

Hindistan Neft Nazirliyi iyunda bəyan edib ki, Hindistanın neft emalı zavodları noyabrdan başlayaraq İrandan idxal olunan nefti azaltmağa hazırlaşırlar. 

Qeyd edək ki, Hindistan İran neftinin ixracına görə Çindən sonra ikinci yerdədir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti