Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 93 337 nəfər artaraq ümumilikdə 5 308 014 nəfərə çatıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyindən məlumat verilib.
Məlumata görə, son 24 saat ərzində koronavirus infeksiyasından müalicə olunanların sayı 95 880 nəfər artaraq 4 208 431 nəfər təşkil edib və bu, ölkənin göstərilən göstəricidə dünya üzrə lider olmasına imkan yaradıb.
"Hindistan koronavirusdan sağalanların sayına görə ABŞ-ı geridə qoyaraq dünyada birinci sıraya yüksəlib. Sağalanların ümumi sayı 4,2 milyon nəfəri keçib”, - Nazirliyin "Twitter” səhifəsində yazılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !