Hindistan Pakistanla danışıqları dayandırdı

21:00 | 19.08.2014
Hindistan Pakistanla danışıqları dayandırdı

Hindistan Pakistanla danışıqları dayandırdı

Hindistan Pakistanı daxili işlərinə qarışmaqda ittiham edərək İslamabadla danışıqları dayandırıb. Səbəb Pakistanın Nyu Dehlidəki səfirinin Kəşmir separatçı liderləri ilə məsləhətləşmələr aparmasıdır.

Hindistan xarici işlər nazirliyi avqustun 18-də yaydığı bəyanatda bildirir ki, bu hərəkət “Pakistanın səmimiliyinə dair suallar yaradır”.

Pakistan Hindistanın qərarını “geriləmə” adlandırıb.

İki ölkənin xarici işlər nazirləri gələn həftə görüşüb formal dialoqun bərpasını müzakirə etməliydilər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM