Hindistana gələn əcnəbilər üçün yeni qaydalar tətbiq olunur

23:30 | 29.11.2021
Hindistana gələn əcnəbilər üçün yeni qaydalar tətbiq olunur

Hindistana gələn əcnəbilər üçün yeni qaydalar tətbiq olunur

Hindistan hökuməti koronavirusun yeni "Omikron” növünə görə dekabrın 1-dən ölkəyə gələn əcnəbilər üçün yeni qaydalar tətbiq edir.

Risk qrupuna aid ölkələrdən gələn bütün şəxslər, habelə həmin qrupa aid olmayan ölkələrdən gələn "təsadüfi” turistlər hava limanında test verəcək və nəticələr gələnədək oranı tərk etməyəcəklər. Testin cavabı müsbət çıxarsa, həmin şəxs təcili surətdə təcrid olunacaq, test isə daha ətraflı tədqiqat üçün laboratoriyaya göndəriləcək. Testi mənfi çıxan şəxslər isə 7 gün ərzində təcrid olunacaq, 8-ci gün isə təkrar testdən keçəcəklər.

Həmçinin gələn əcnəbilərin hamısı son iki həftə ərzindəki bütün səfərlərinə dair məlumat təqdim edəcəklər.

Koronavirusun yayılmasına görə, ikinci yerdə olan Hindistanda indiyədək 34,5 milyonadək insan yoluxub və bunların 468,7 mini dünyasını dəyişib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM