Hindistanda narazı fermerlər ölkənin paytaxtı Nyu Dehlidə altı ay davam edəcək etiraz aksiyasına hazırlaşıblar.
Bu barədə "India Today” portalı kəşfiyyat xidmətlərinin hesabatına istinadən məlumat yayıb.
Fermerlərin aksiyasına təkcə Pəncabdan 1500 traktor və 500 maşın səfərbər edilib. Bu maşınlara altı aylıq ərzaq, yemək və maddi-texniki təchizat yüklənib.
Çərşənbə axşamı günü təhlükəsizlik qüvvələri etiraz edən fermerlərin traktorlarını Yeni Dehliyə sürməsinə mane olublar.
Polis Yeni Dehlidə əsas magistral yollar boyunca əvvəlcədən quraşdırılmış maneələri keçməyə çalışan insanlara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Hindistanın mərkəzi Pəncab, Haryana və Uttar Pradeş ştatlarında fermerlər hökumətdən gələcək məhsullar üçün onlara minimum dəstək qiymət zəmanəti verəcək qanunun qəbulunu tələb edərək etiraz aksiyası keçiriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !