Hindistanda festival zamanı qəzəbli fil yerli sakinlərə hücum edib. Bu barədə NDTV məlumat yayıb.
" Ən azı 17 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır ", - məqalədə deyilir.
Qəzetin məlumatına görə, insident Kerala ştatının Malappuram rayonundakı məsciddə hər il keçirilən festival zamanı baş verib.
Yayımlanan görüntülərdə meydanda qızıl lövhələrlə bəzədilmiş ən azı beş filin olduğu görünür. Onlardan biri qəfildən camaatın arasına tullanaraq kimisə yelləməyə başlayıb. Hadisədən sonra zərərçəkən xəstəxanaya yerləşdirilib. İnsanların xəsarət almasına ən çox heyvanın hərəkətindən yaranan izdihamın səbəb olduğu bildirilir.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !